Futzal üzrə UEFA çempionlar Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub. Matc.az saytı xəbər verir ki, "Almatı Arena"da keçirilən "Dördlər Finalı"nın mükafatçıları müəyyənləşib.

Əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. İspaniyanın iki komandası – "İnter" və "Barselona"nın duelində ikincilər 3:1 hesabı ilə qalib gəlib və bürünc medallara sahib çıxıb. Həlledici oyunda isə nəhayət, "Sportinq" 2011, 2017 və 2018-ci illərdəki uğursuz finallardan sonra qələbə qazanıb. "Kayrat"ı 2:1 hesabı ilə məğlub edən Portuqaliya təmsilçisi tarixində ilk dəfə UEFA çempionlar Liqasının qalibi olub. "Sportinq"in qapıçısı Guitta final matçının ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, final qarşılaşmasını rekord - 11973 azarkeş izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest