Türkiyə futbolunda faciə baş verib. "Alanyaspor"un futbolçusu Jozef Sural vəfat edib. Hadisə dünən Superliqanın XXX turu çərçivəsində keçirilən "Kayserispor" - "Alanyaspor" (1:1) oyunundan sonra baş verib.

Türkiyə futbolunda faciə baş verib. Matc.az saytının məlumatına görə, "Alanyaspor"un futbolçusu Jozef Sural vəfat edib.

Hadisə dünən Superliqanın XXX turu çərçivəsində keçirilən "Kayserispor" - "Alanyaspor" (1:1) oyunundan sonra baş verib. Kayseri səfərindən dönərkən Alanya klubunun 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb. Sürücünün yolda yuxulaması mikroavtobusun aşmasına səbəb olub. Nəticədə ağır yaralanan hücumçu Jozef Sural dərhal xəstəxanaya aparılıb. Lakin çexiya yığmasının 29 yaşlı oyunçusunun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya uğrayan digər oyunçular yüngül xəsarətlə qurtulublar. Sürücü isə dərhal polis tərəfindən saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest