İngiltərə Premyer Liqasının XXXVI turu "Mançester Yunayted"in iki futbolçusu üçün uğursuz alınıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Erik Bayi və hücumçu Markus Reşford "çelsi" ilə görüşdə zədələnib.

Bu üzdən Reşford 65, Bayi də 71-ci dəqiqədə əvəzlənib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer Fil Dişi Sahilidən olan Bayi üçün mövsümün başa çatdığını söyləyib. Reşfordun isə son iki turda meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd edək ki, "Mançester Yunayted" - "çelsi" görüşü 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest