Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu ümit Karan haqqında həbs qərarı verilib. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, buna səbəb onun qadına sataşması və cinsi təcavüzə cəhd etməsidi.

Bu səbəbdən Karan 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məruz qalıb.

Karan müdafiə zamanı "Mən "Survivor"da qadınlarla yan-yana olduğum zaman belə, heç nə etməmişəm" deyərək, günahsız olduğunu söyləyib. Yerli məhkəmə əvvəlcə onun bəraətinə qərar versə də, İstanbul Bölgə Ədliyyə Məhkəməsi 20-ci Cəza Dairsi həbsi barədə hökm oxuyub. O, hələlik azadlıqdan məhrum edilməyib. Sabiq futbolçu Ali Məhkəmənin qərarını gözləməlidi. Makedoniyada məşqçi kimi çalışan mütəxəssisin istintaq sənədləri araşdırılması üçün bu quruma göndərilib. 

Qeyd edək ki, ümit Karan 2015-ci ildə yaşadığı binanın mühafizəsini edən bir xanıma təcavüz etməkdə günahlandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest