"Krılya Sovetov" keçmiş baş məşqçisi Andrey Tixonovun borcunu ödəyib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu Samara klubunun inkişaf üzrə direktoru Aleksandr Şikunov deyib.

O bildirib ki, maliyyə vəziyyətləri o qədər də ağır deyil: "Tixonovun borcunu ödədik. Digər oyunçularla da bununla bağlı danışıqlar gedir. O ki qaldı klubun maliyyə durumuna, asan deyil, ancaq katastrofik heç nə yoxdu. Gecikmələr olur, amma hamının məvacibi ödənilir, qlobal problem yoxdu".

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də "Krılya Sovetov"un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest