"Bütün həftəboyu Nazarovun belə bir qol vuracağı ilə bağlı hiss yaşadım. Dima üçün asan deyil. Çünki bir az geridə qalır və bu cür oynamağa da öyrəşməyib. Yenidən diqqət mərkəzinə düşmək onun üçün önəmli idi".

"Daha yaxşı futbol oynaya biləcəyimizin fərqindəyik. Bunun üçün düşüncə tərzimizi inkişaf etdirməliyik". Matc.az saytının məlumatına görə, bunu "Aue"nin baş məşqçisi Daniel Meyer deyib.

II Bundesliqanın XXXI turunda "Boxum"u qəbul edən "Aue" Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun 90+4-cü dəqiqədə penalti zərbəsindən vurduğu qol sayəsində 3:2 hesablı qələbə qazanıb.

Oyundan sonra fikirlərini bildirən baş məşqçi Nazarovun bu qola çox ehtiyac duyduğunu söyləyib: "Bütün həftəboyu Nazarovun belə bir qol vuracağı ilə bağlı hiss yaşadım. Dima üçün asan deyil. çünki bir az geridə qalır və bu cür oynamağa da öyrəşməyib. Yenidən diqqət mərkəzinə düşmək onun üçün önəmli idi. özünəinamı artırması vacibdi. Penaltini qola çevirəcəyinə 100 faiz əmin idim. çünki hələ heç bir zərbəni qaçırmayıb. Yeni başlanğıc üçün bu qol Nazarova lazım idi".

Son 15 dəqiqədə meydanda olan Nazarov isə yavaş-yavaş özünə gəldiyini söyləyib: "Son vaxtlar başımın üzərində yağış və qar aramsız yağırdı. İndi isə günəş yenidən parlayır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest