"Liverpul" rəhbərliyi maraqlı addımla diqqət mərkəzinə düşüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "qırmızılar" yarımmüdafiəçi Aleks Oksleyd-çemberleynə yeni müqavilə təklif edib.

İngilis klubu bununla zədədən yenicə dönən 25 yaşlı futbolçuya dəstək nümayiş etdirib. Oyunçuya 2023-cü ilin yayına qədər müqavilə təklif olunub və razılıq əldə edilsə, məvacibi də artırılacaq (həftəlik 140 min avro).

Qeyd edək ki, bir il zədədən əziyyət çəkən Aleks Oksleyd-çemberleyn "Haddersfild"lə (5:0) son matçda dönüşünü qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest