Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Matc.az saytının məlumatına görə, eyni gündə keçirilən iki görüşlə finalçıların adlarına aydınlıq gəlib.

Həlledici oyuna ilk vəsiqə Tofiq Bəhramov adına Respublika stadionunda sahibini tapıb. İki əyalət təmsilçisi "Qarabağ"la "Qəbələ" münasibətlərini aydınlaşdırıb. öz meydanında minimal hesablı qələbə qazanan "qırmızı-qaralar" səfərdə uduzmalarına baxmayaraq, vurduqları qol sayəsində ardıcıl 3-cü, ümumilikdə isə 4-cü dəfə finala adlayıb.

Günün ikinci qarşılaşması da Bakıda keçirilib. İndiyədək finalda oynamayan iki komanda ilkə imza atmaq üçün mübarizə aparıb. Səfərdən qolsuz bərabərliklə dönən "Zirə" öz meydanında möhtəşəm geridönüşə imza atıb. Belə ki, qonaqlar ilk hissədə 3:0 hesabı ilə önə keçsə də, bakılılar hər 3 topun əvəzini çıxmağı bacarıb. Lakin komandanın qələbə topuna vaxtı çatmayıb. Beləliklə, səfərdə bol qollu heç-heçə edən "Sumqayıt" məhz səfər topları sayəsində tarixində ilk dəfə finala vəsiqə əldə edib.

Beləliklə, mayın 19-da "Qəbələ" ilə "Sumqayıt" Naxçıvanda Azərbaycan kubokunun həlledici matçında üz-üzə gələcək.

 

Azərbaycan kuboku
Yarımfinal
1 may (çərşənbə)

"Zirə" – "Sumqayıt" - 3:3

Qollar: Pərdis Fərcad-Azad, 47; Xulio Sezar Rodriges, 84; Şafik Tiqrudja, 90+5 - Peyman Babayi, 19, 27, 45

Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
İlk oyun – 0:0
"Zirə": 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 17. Robin Nqalande, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov


"Qarabağ" – "Qəbələ" - 2:1
Qollar: Markos Madera, 37; Dani Kintana, 58 - Davit Volkov, 81

Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
İlk oyun – 0:1
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 77. Donald Gerye, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
"Qəbələ": 1. Anar Nəzirov, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Vojislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest