“Çelsi”nin transfer bazarında aktivliyi davam edir. Bununla belə, bəzi sövdələşmələri sözün əsl mənasında azarkeşlər arasında çaşqınlıq yaradıb.

Matc.az xəbər verir ki, London klubu “Genk”in 18 yaşlı qapıçı Mayk Pendersin keçidini 20 milyon avroya razılaşdırıb. İstedadlı qapıçı “Çelsi” ilə uzunmüddətli müqavilə imzalayacaq.

Penders londonluların heyətində səkkizinci qapıçı olacaq.

Qeyd edək ki, Penders Belçika Pro Liqasının yeni mövsümünə “Genk”in əsas qapıçısı kimi başlayıb. O, “Standard Lyej” ilə matçda (0:0) start heyətində yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest