Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Aytac Şərifova yenidən legioner həyatı yaşamağa başlayıb. "Uğur Sumqayıt" klubunun üzvü karyerasını İslandiyada davam etdirir. O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb.

Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Aytac Şərifova yenidən legioner həyatı yaşamağa başlayıb. Matc.az saytının məlumatına görə, "Uğur Sumqayıt" klubunun üzvü karyerasını İslandiyada davam etdirir.

Belə ki, 22 yaşlı qolkiper İslandiyanın ən köklü komandalarından olan "Keflavik"lə anlaşıb. O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb. Şərifova artıq bu klubun heyətindədi.

Qeyd edək ki, Aytac Şərifova millimizin ötən aydakı toplanışına da dəvət almışdı.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest