Qazaxıstan Premyer Liqasında VIII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" bu gün ev oyununa çıxıb.

Kostanay təmsilçisi "Ordabası" ilə qarşılaşıb. "Tobol" ikinci hissədə hesabı açmasına baxmayaraq, 90+4-cü dəqiqədə buraxdığı qol sayəsində 2 xal itirib və bərabərliklə kifayətlənib - 1:1. Qarşılaşmanı əvəz edilmədən keçirən Balayev 90+1-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Tobol" hazırda 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest