Premyer Liqada uğursuz mövsüm keçirən "Mançester Yunayted" daha bir zərbə alıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" hücumçu Romelu Lukakunun xidmətindən məhrum qalıb.

Belə ki, Belçika millisinin forvardı "çelsi" ilə XXXVI tur oyununda (1:1) zədələnib. Tibbi müayinədən sonra durumun ciddi olduğu aşkarlanıb və Lukakunun mövsümü başa vurduğu açıqlanıb. O, "Haddersfild" və "Kardiff"lə son iki matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm 32 çempionat oyununda 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest