"Marsel"in hücumçusu Mario Balotelli növbəti dəfə maraqlı paylaşımı ilə diqqət çəkib. Matc.az saytı xəbər verir ki, ulduz futbolçu tvitter hesabı vasitəsilə çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"la görüşdə dubl edən "Barselona"nın kapitanı Lionel Messini tərifləyib.

Balotelli paylaşımı zamanı Kriştianu Ronaldoya da söz atıb. O, bu cütlüyü müqayisə etməyin mənasız olduğunu vurğulayıb və Leonu üstün hesab edib: "Messi fenomendi. Futbol xatirinə, onu "Yuventus"un 7 nömrəsi ilə (Kriştianu Ronaldo ilə) müqayisə etməyin".

Qeyd edək ki, "Barselona" ilk oyunda "Liverpul"a 3:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest