“Sent Patriks” klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la cavab oyunundan öncə mətbuat konfransında çıxış edib.

“Sent Patriks” klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la cavab oyunundan öncə mətbuat konfransında çıxış edib.

Matc.az xəbər verir ki, irlandiyalı mütəxəssis qələbəyə ümid etdiklərini bildirib:

“Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, “Sabah”la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür”.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest