Gələn mövsümün hazırlıqlarını davam etdirən "Real" transfer danışıqlarını intensivləşdirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" növbəti transferinə hazırlaşır.

Eder Militao və Rodriqo ilə anlaşan, Eden Azarla Pol Poqbanın keçidi üçün dəridən-qabıqdan çıxan madridlilər "Ayntraxt"ın hücumçusu Luka Yoviçlə də ilkin razılıq əldə edib. Klublar arasında danışıqlar da müsbət məcrada davam edir. İddiaya görə, Bundesliqa təmsilçisi "Real"ın 70 milyon avroluq təklifinə "hə" cavabını verib. Gənc forvard özü də İspaniyaya köçməkdə maraqlıdı.

Qeyd edək ki, Luka Yoviç bu mövsüm Bundesliqada keçirdiyi 23 oyunda 17 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest