Devid Moyes maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Matc.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcı sonuncu dəfə nə vaxt ağlaması ilə bağlı danışıb.

"Talksport"a danışan Moyes həyatının ən kədərli məqamlarından birinin "Mançester Yunayted"dən qovulmaq olduğunu deyib: "Deyəsən sonuncu dəfə "MY"dən qovulanda ağlamışdım. çünki bu, həyatımın ən kədərli anı idi".

Qeyd edək ki, 11 illik "Everton" karyerasının ardından 2013-cü ildə "qırmızı şeytanlar"ın baş məşqçisi təyin olunan Moyes mövsüm başa çatmamış vəzifəsindən uzaqlaşdırılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest