Azərbaycan kubokunun finalına vəsiqə qazanan "Qəbələ" və "Sumqayıt" həlledici oyuna itkilərlə çıxacaq. Bu iki klubun ümumilikdə 3 futbolçusu final görüşündə komandasına kömək edə bilməyəcək.

Azərbaycan kubokunun finalına vəsiqə qazanan "Qəbələ" və "Sumqayıt" həlledici oyuna itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, bu iki klubun ümumilikdə 3 futbolçusu final görüşündə komandasına kömək edə bilməyəcək.

"Qırmızı-qaralar"da müdafiəçi Amin Seydiyev və yarımmüdafiəçi Sabien Lilay Naxçıvandakı qarşılaşmanı buraxacaq. "Sumqayıt"da isə yarımmüdafiəçi Aleksey İsayev finalı kənardan izləməli olacaq. Buna səbəb hər üç futbolçunun yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alaraq, cəzalı duruma düşməsidi.

Qeyd edək ki, final matçı mayın 19-da keçiriləcək.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest