"Barselona"nın prezidenti Xosep Bartomeu komandanın kapitanı Lionel Messi barədə ağızdolusu danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbəri argentinalının uzun müddət komandada qalacağını bildirib.

O əlavə edib ki, Messi istədiyi qədər "Barselona"nın formasını geyinəcək: "Messi hətta 45 yaşına qədər oynaya bilər. Leonun qarşıdakı 4-5 il ərzində meydana çıxacağı dəqiqdi. Ancaq bilmirik, bu müddət nə qədər davam edəcək. Messi nə vaxta qədər oynamaq istəsə, elə də olacaq. Biz Dembele, Lanqle, Artur kimi oyunçuları ona görə almışıq ki, Messidən sonrakı dövr üçün kollektiv formalaşdıraq. Amma yenə də düşünürəm ki, onun gedişi gec olacaq. Oyunçularımıza deyirik ki, onunla birlikdə keçirdiyiniz hər dəqiqədən maksimum yararlanın. Pele bütün ömrünü "Santos"a həsr etmişdi. Messi dünya futboluna aiddi, ancaq həmişə Barselonada yaşayır. O, karyerası ərzində bir komandanın formasını geyinəcək və bizi heç vaxt tərk etməyəcək. Karyerasını bitirəndən sonra da "Barselona"da qalacaq. Leo dahidi və bunu illərdi sübut edir".

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest