Türkiyə Superliqasında 2019-20 mövsümünün təqvimi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) gələn mövsümün start və son turunun tarixini açıqlayıb.

TFF-nin İdarə Heyətinin qərarına görə, Superliqa və I liqanın startı 16-19 avqust tarixində keçiriləcək ilk turla veriləcək. Elitada son turun görüşləri isə gələn il mayın 17-nə təsadüf edəcək.

Federasiya ölkə kubokunun təqvimini hələ müəyyənləşdirməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest