"Sabah"ın U-12 komandası Xorvatiyada keçirilən "Dalmatinko Cup"da iştirak edir. Matc.az klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda turnirdə "Hayduk" (Xorvatiya), "Imotski" (Xorvatiya), "Primorak" (Xorvatiya) və "Qurnik" (Polşa) klublarıyla bir qrupda yer alıb.

Samir Əbdürəhmanovun yetirmələri artıq turnirdə iki oyun keçirib. Komanda ilk oyununda yerli "Hayduk" (Split) klubuna 1:0 hesabıyla qalib gəlib. Matçda yeganə qola Famil Məmmədli imza atıb.

"Sabah" növbəti oyununda "İmotski" klubuyla qarşılaşıb. Görüş bakılıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Rəşad Alışov və Babamirzə Mehdiyev fərqləniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest