O, "sports.kz" saytına qısa açıqlamasında belə deyib: "Doğrudur, Qazaxıstandan təklif almışıq. Amma üzr istəyirəm, bu klubun adını sizə deyə bilməyəcəm".

Səlahət Ağayev yeni mövsümdən etibarən karyerasını Qazaxıstanda davam etdirə bilər. Matc.az saytının məlumatına görə, bu barədə qazax mətbuatı xəbər yayıb.

Milli üzvünün sözügedən ölkəyə keçəcəyi barəsində informasiyaları agenti Vaqif Heydərli də təsdiqləyib. O, "sports.kz" saytına qısa açıqlamasında belə deyib: "Doğrudur, Qazaxıstandan təklif almışıq. Amma üzr istəyirəm, bu klubun adını sizə deyə bilməyəcəm".

Qeyd edək ki, Topaz Premyer Liqasında sona 2 tur qalmış "Neftçi"nin əsas komandasından kənarlaşdırılmış Səlahət əvəzedici heyətə göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest