Futbol üzrə Türkiyə yığmasının heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy zədəsinin tam sağalmamasına görə heyətdən çıxarılıb. O, müalicəsinə klubunda davam edəcək.

Qeyd edək ki, Türkiyə yığması Millətlər Liqası çərçivəsində sentyabrın 6-da səfərdə Uels millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest