"Liverpul"un lideri Məhəmməd Salah Premyer Liqanın XXXVII turunda "Nyukasl"la qarşılaşmada zədələnib. "Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyunu davam etdirə bilməyən qol "silahı"nın durumu barədə məlumat verib.

"Liverpul"un lideri Məhəmməd Salah Premyer Liqanın XXXVII turunda "Nyukasl"la qarşılaşmada zədələnib. Matc.az saytı xəbər verir ki, misirli superulduz qarşılaşmanın 68-ci dəqiqəsində qapıçı ilə toqquşaraq başından xəsarət alıb.

"Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyunu davam etdirə bilməyən qol "silahı"nın durumu barədə məlumat verib. Almaniyalı mütəxəssis vəziyyətin qorxulu olmadığını bildirib: "Qapıçı ilə toqquşma zamanı Salah başından zərbə aldı. Futbolçu yerdə qalmışdı və həkim də bir qərar vermək məcburiyyətində idi. Əlbəttə ki, həkimin qərarı ilə razılaşmalıyıq. Salah paltardəyişmə otağında əyləşib, oyunu televiziya vasitəsilə izlədi. Deməli, hər şey qaydasındadı. Ancaq Salahın başından zərbə aldığını nəzərə alsaq, bir qədər gözləməliyik".

Qeyd edək ki, "Liverpul" "Nyukasl"a səfərdə 3:2 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest