"Liverpul"un hücumçusu Roberto Firminonun durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Yurgen Klopp zədəli braziliyalının vəziyyətinin ürəkaçan olmadığını söyləyib.

Almaniyalı mütəxəssis Firminonun çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə cavab görüşünə yetişməyəcəyini açıqlayıb. Klopp forvardın nə zaman sıraya dönəcəyinə həkimlərin qərar verəcəyini əlavə edib.

Qeyd edək ki, "Liverpul" - "Barselona" oyunu mayın 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest