Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" doğma azarkeşləri önündə meydana çıxıb.

Samara təmsilçisi turnir cədvəlində qonşusu olan "Ufa"nı qəbul edib. Şeydayevin qırmızı vərəqə cəzalısı olduğu üçün buraxdığı görüşdə "Krılya Sovetov" 12-ci dəqiqədə Artyom Timofeyevin qolu ilə önə keçsə də, qələbəni 90+4-cü dəqiqədə buraxdığı topla əldən verib - 1:1. Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov isə 34-cü dəqiqədə zədələnərək əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Krılya Sovetov" 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest