Almaniya II Bundesliqasında XXXII turun oyunları davam edir. Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər görüşünə çıxıb. Daniel Meyerin yetirmələri "Reqensburq"un qonağı olub.

Almaniya II Bundesliqasında XXXII turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər görüşünə çıxıb.

Daniel Meyerin yetirmələri "Reqensburq"un qonağı olub. İlk hissəsi 1:1 hesabı ilə nəticələnən qarşılaşmada fasilədən sonra ev sahibləri meydanda azlıqda qalıb və 4 dəqiqə ərzində tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyuna ehtiyatdan başlayan Nazarov isə 60-cı dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Cəmi 1 dəqiqə sonra isə yığmamızın üzvü penaltidən komandasını önə keçirib. Son dəqiqələrdə daha bir qol vuran "Aue" 3:1 hesablı qələbə qazanıb. Nazarov həmçinin 79-cu dəqiqədə sarı vərəqə alıb.

Bu nəticədən sonra "Aue" 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest