"Qarabağ"ın ardıcıl 6-cı ölkə çempionluğuna sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. Karyerasını ABŞ-da davam etdirən veteran müdafiəçi sevimli komandasını təbrik edib.

"Qarabağ"ın ardıcıl 6-cı ölkə çempionluğuna sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. Matc.az xəbər verir ki, karyerasını ABŞ-da davam etdirən veteran müdafiəçi sevimli komandasını təbrik edib.

O, Nyu-York küçələrində "Qarabağ"da geyindiyi ağ rəngli forma ilə çəkdirdiyi şəkli instaqram səhifəsinə paylaşıb. Albaniya millisinin sabiq kapitanı azərbaycanca "Ardıcıl 6-cı dəfə çempionuq" yazaraq, buna 2013-cü ildən başladıqlarını vurğulayıb və ingiliscə "sevimli Qarabağ" ifadəsini yazıb.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, bu ilin martında ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest