İtaliya A seriyasının XXXV turunda "Kalyari" ilə keçirilən oyun "Napoli"nin hücumçusu Dris Mertens üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard 2:1 hesabı ilə qalib gələn komandasının qollarından birinə imza atıb.

Bu, belçikalının A seriyasında 82-ci topu olub. Bu göstərici ilə Mertens "Napoli" əsanəsi Dieqo Armando Maradonaya çatıb. Mertens bunu 203 oyunda bacarıbsa, Maradona 187 görüşdə bu qədər qol vurmuşdu.

Qeyd edək ki, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Napoli"nin aktivində 73 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest