İngiltərə Premyer Liqasının XXXVII turunda "Uotford" üzərində qələbə qazanan (3:0) "çelsi"nin yarımmüdafiəçisi Eden Azar 2 məhsuldar ötürmə ilə yadda qalıb. Matc.az saytının məlumatına görə, belçikalı futbolçu cari mövsüm ölkə çempionatında assist sayını 15-ə çatdırıb.

Bununla Azar "top-5" liqalarda ən çox assist edən oyunçuların sıralamasında liderliyə yüksəlib. Onu 14 assistlə Rayan Freyzer ("Bornmut"), Ceydon Sanço ("Borussiya" Dortmund) və 13 məhsuldar ötürmə ilə Lionel Messi ("Barselona") izləyir.

Azar bu mövsüm Premyer Liqada 16 qol+15 assitlik göstəriciyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest