Xorvatiyanın Split şəhərində keçirilən "Dalmatinko Cup"da iştirak edən "Sabah"ın U-12 komandası turnirdə çıxışını başa vurub. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, qrup mərhələsini birinci pillədə başa vuran Samir Əbdürəhmanovun yetirmələri 1/4 finalda Monteneqronun "Brejnitse" klubuyla qarşılaşıb.

0:0 hesablı bərabərliklə başa çatan görüşün penaltilər seriyasında məğlub olan (2:4) bakılılar mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" qrupda "Primorats-2"-yə (1:0), "Hayduk"a (1:0) və "İmotski"yə (2:0) qalib gəlmiş, "Qurnik"lə heç-heçə (0:0) etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest