Topaz Premyer Liqasında müvafiq olaraq 2-3-cü yerləri tutan "Neftçi" və "Səbail" 2019-20 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Matc.az saytının məlumatına görə, hər iki komanda I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Paytaxt təmsilçilərinin hansı səbətdə yer alacağı hələlik qeyri-müəyyəndi. Lakin böyük ehtimalla onlar səpələnmişlər səbətində qərarlaşacaq. çünki "Neftçi" və "Səbail"in 3800 xalı var ki, bu da I mərhələ üçün yüksək göstərici hesab edilir.

Səpələnmişlər: "Malmö", "Norrçöpinq" (hər ikisi İsveç), "Mölde", "Brann", "Haqesund" (hamısı Norveç), "MOL Vidi" (Macarıstan), "Dinamo", "Şaxtyor", "Vitebsk" (hamısı Belarus), "Spartak" (Trnava, Slovakiya), "Jalgiris" (Litvar), "Reyncers" (Şotlandiya), "Kayrat" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Radniçki" (Serbiya), "Krusaders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Vaduts" (Lixtenşteyn)

Səpələnməmişlər: "çixura", "Torpedo" (hər ikisi Gürcüstan), "Milsami", "Petrokub" (hər ikisi Moldova), "Flora" (Estoniya), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Hibernians", "Qzira Yunayted" (hər ikisi Malta), "Reykyavik, "Breydablik (hər ikisi İslandiya), "Şamrok Rovers", "Sent Patriks" (hər ikisi İrlandiya), KuPS, RoPS, "İnter Turku" (hamısı Finlandiya), "Stumbras" (Litva), "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

Qeyri-müəyyənlər: "Ordabası", "Tobol" (hər ikisi Qazaxıstan), "Neftçi", "Səbail" (hər ikisi Azərbaycan), "Kork Siti" (İrlandiya), "Dinamo" (Tbilisi, Gürcüstan), "Levadiya" (Estoniya), "Trakai" (Litva), "Dunayska" (Slovakiya).

Qeyd edək ki, Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək. Azərbaycan kubokunu qazanacaq komanda isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest