II Bundesliqanın XXXII turunda "Qreyter Fürt" üzərində səfər qələbəsi qazanan (4:0) "Köln" yenidən əsas Bundesliqaya vəsiqə əldə edib. Matc.az saytının məlumatına görə, komanda sona 2 tur qalmış birinciliyi təmin edib.

Bununla "Köln" yeni rekord müyyənləşdirib. Belə ki, "keçilər" XXI əsrdə "top-5" liqalardakı klublar arasında elitaya ən çox vəsiqə qazanan komanda olub.

Təsadüfi deyil ki, "Köln" 2000-ci ildən bəri 6-cı dəfədi ki, II liqanın qalibi olaraq, əsas Bundesliqada iştirak hüququ əldə edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest