06 Oktyabr 2024, 10:35
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Voyçex Şesninin kataloniyalılara keçidindən sonra klubun qapıçıları haqda danışıb.
Matc.az xəbər verir ki, bu barədə "Marca"ya açlıqlama verib.
"Düşünürəm ki, "Barselona"da oynamaq onun üçün böyük təcrübə olacaq. Hər hansı bir şübhəm olsaydı, yox deyərdim. Şesninin özü bizə "hə" dedi. Onu məşqdə görəcəyik. Onunla işləmək üçün vaxtımız var. Şadam ki, yeni oyunçumuz var, düşünürəm ki, Şesni İnyaki Penaya kömək edəcək. Daha çox imkanlarımız olacaq. Klubun qərarından məmnunam".
Xatırlada ki, 34 yaşlı polşalı qolkiper oktyabrın 2-də "Barselona" ilə 2025-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb.