Millimizin qapıçısı start heyətində başladığı görüşün 32-ci dəqiqəsində, hesab 2:0 komandasının xeyrinə olarkən rəqib hücumçu ilə təkbətək zamanı zədələnib. Sol dizindən xəsarət alan...

Qazaxıstan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin şərəfini qoruduğu "Tobol" da növbəti görüşünü keçirib.

Kustanay təmsilçisi səfərdə "Kayrat"la qarşılaşıb. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun Emil üçün uğurlu başlasa da, uğursuz yekunlaşıb. Millimizin qapıçısı start heyətində başladığı görüşün 32-ci dəqiqəsində, hesab 2:0 komandasının xeyrinə olarkən rəqib hücumçu ilə təkbətək zamanı zədələnib. Sol dizindən xəsarət alan qolkiperi oyuna qaytarmaq üçün həkimlərin səyləri nəticə verməyib və o, 40-cı dəqiqədə yerini komanda yoldaşına verməli olub.

Qeyd edək ki, "Tobol"un yarımfinaldakı rəqibi püşkatmadan sonra bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest