"Topaz Premyer Liqasında sona bir tur qalmış 3-cü pillənin təmin olunması və UEFA Avropa Liqası turnirinə vəsiqə qazanılması komandamız üçün təbii ki, uğurlu nəticədi". Bunu matc.az saytına "Səbail" klubunun mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova deyib.

O bildirib ki, komanda üçün bu günə qədər nəzərdə tutulmuş bütün məvacib və mükafatlar köçürülüb: "Bununla bağlı bütün öhdəliklər yerinə yetirilib. Əksi ilə bağlı iddiaların heç bir əsası yoxdu və haradan qaynaqlandığını da bilmirik. Fürsətdən yararlanıb bir daha xahiş edirik ki, "Səbail" klubu ilə bağlı bütün məlumatlar mətbuat xidməti ilə dəqiqləşdirilsin".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest