Türkiyə I Liqasında mübarizə aparan "Boluspor" heyətində islahatlar aparmağa hazırlaşır. Rəhbərlik gələn mövsüm Superliqa uğrunda mübarizəni hədəfləyir. Klub Azərbaycan millisinin futbolçusu Ufuk Budakın çıxışından məmnundu.

Türkiyə I Liqasında mübarizə aparan "Boluspor" heyətində islahatlar aparmağa hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, rəhbərlik gələn mövsüm Superliqa uğrunda mübarizəni hədəfləyir.

Sona 2 tur qalmış heç bir iddiası qalmayan bolulular müqavilə müddəti başa çatan bir neçə oyunçunu yola salacaq. Həmçinin sözləşməsi davam edənlər arasında da yola salınması gözlənilənlər var. Lakin rəhbərlik Azərbaycan millisinin futbolçusu Ufuk Budakın çıxışından məmnundu. Bu üzdən müqavilə müddəti gələn ilin yayına qədər olan müdafiəçi növbəti mövsümü də bu komandada keçirəcək.

Qeyd edək ki, "Boluspor" I Liqada 46 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest