Futzal üzrə Yüksək Liqanın II pley-off mərhələsinin oyunlarına təyinatlar müəyyənləşib. Matc.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyası qarşılaşmaları idarə edəcək hakimləri açıqlayıb.

Mayın 11-də Bakı İdman Sarayında keçiriləcək oyunlarda EKOL "Araz"la, "Xəzər Cənub" isə "Neftçi" İK ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk görüşlərdə EKOL və "Neftçi" İK rəqibinə 4:3 hesabı ilə qalib gəlib.

 

Yüksək Liqa

II pley-off mərhələsi

11 may

14:30. EKOL – "Araz"

Hakimlər: Mehman Mahmudov, Azər Əskərov, Kənan Məlikov

17:00. "Xəzər Cənub" – "Neftçi" İK

Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Elmir Quluzadə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest