İspaniyanın Salou şəhərində təşkil olunmuş "ANOC World Beach Soccer Games" turnirində çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Norveçlə qarşılaşıb.

Yığmamız rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb. Elçin Qasımovun dubl etdiyi oyunda Comərd Baxşəliyev 1 qol vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində ilk oyununda dünən Ukraynaya 4:6 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest