"Barselona" yay fasiləsində "Ayaks"ın 3 futbolçusunu transfer etməyi planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar yarımmüdafiəçi Frenki de Yonqdan sonra daha 2 oyunçuya "elçi düşüb".

"Barsa" müdafiəçi Matteys de Liqtlə yanaşı, yarımmüdafiəçi Donni van de Beki də heyətinə qatmaq niyyətindədi. De Yonqu 75 milyona alan ispanlar digər iki futbolçu üçün isə 95 milyonluq xərc çəkməyi planlaşdırır.

Əgər razılıq əldə olunsa, "Barselona" "Ayaks"ın 3 futbolçusunu 170 milyon avroya alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest