""Bizdə satış nağd şəkildə həyata keçirilir. Köçürmə yolu ilə bilet almaq mümkün deyil. Çünki bizdə biletlərin elektron şəkildə satışı yoxdur. Bu, tamamilə klubun öz istəyilə olan bir məsələdi"

"Neftçi"nin Azərbaycan Premyer Liqasının sonuncu – 28-ci turunda "Qarabağ"la oyunun biletlərini yüksək qiymətə - 50 manata satışa çıxarması və bunu matçın başlamasına bir neçə saat qalmış açıqlaması həm Ağdam klubunun, həm də komandanın azarkeşlərin kütləvi narazılığına səbəb olub. Matc.az xəbər verir ki, "Neftçi" rəhbərliyinin yaratdığı bu süni əngələ baxmayaraq, azarkeşlərin mövsümün son oyununu və mükafatlandırma mərasimini stadiondan izləyə bilməsi üçün Ağdam klubu 700 bilet alıb ki, bu da 35 min manat edir.

Əldə etdiyimiz digər məlumata görə, "Qarabağ"da hər şey rəsmi qaydada olduğundan, ödəmələr nağdsız, köçürmə yolu ilə həyata keçirildiyindən klub daha çox bilet almaq istəyib. Ancaq "Neftçi" klubu biletlərin yalnız nağd şəkildə satıldığını bildirib. "Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev qol.az saytına açıqlamasında bunu təsdiqləyib: "Bizdə satış nağd şəkildə həyata keçirilir. Köçürmə yolu ilə bilet almaq mümkün deyil. çünki bizdə biletlərin elektron şəkildə satışı yoxdur. Bu, tamamilə klubun öz istəyilə olan bir məsələdir. Bəli, klub vergi ödəyicisidir. Bunun nə fərqi var ki? Nəğd də satsan, belə də satsan, əlavə dəyər vergisini ödəyirsən".

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest