Tam razıyam. Düzdü, birinci pillədəydik, ancaq xallar itirdik. Buna baxmayaraq, 2-ci pillə ilə tam razıyam. Bizim futbolçular sona qədər mübarizə apardılar. Bu oyundan da razıyam.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az saytının məlumatına görə, italiyalı mütəxəssis 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib.

- Azarkeşlər ikinciliyi qəbul etmir, uğurlu saymır. Siz bəs bunu uğur sayırsızmı?

- Tam razıyam. Düzdü, birinci pillədəydik, ancaq xallar itirdik. Buna baxmayaraq, 2-ci pillə ilə tam razıyam.

- "Qarabağ"ın "Neftçi"dən üstün olduğunu qəbul edirsizmi?

- Komandam çox yaxşı oyun göstərdi. Bizim futbolçular sona qədər mübarizə apardılar. Bu oyundan da razıyam.

- çempion olmamağınızın günahını kimdə görürsüz? Neçə faiz sizdə, neçə faiz futbolçularda?

- çempionatı dəyərləndirəndə ümumi mövsümə baxıram.

- "Şerif" klubu ilə qazanılan qızıl medal, yoxsa "Qarabağ"ın olduğu Azərbaycan Premyer Liqasındakı ikinciliyi daha dəyərli sayırsız? 

- Hər iki medal mənim üçün dəyərlidi. Güclü komandaya qarşı mübarizə apardıq. Hər çempionatın öz yeri var. Sonuna qədər mübarizə apardıq. 

- Rəşad Sadıqovla ilk hissədə aranızda anlaşılmazlıq oldu... 

- Futboldan belə hallar olur. Sadəcə, bir az əsəbləşmişdim. Rəşad Sadıqov qoldan sonra çox sevindi. Bunu bir az sakit formada da edə bilərdi. Buna əsəbləşmişdim. 

- Növbəti mövsüm "Neftçi"ni çalışdıracaqsız, yoxsa rəhbərliklə danışığınız olacaq? 

- Klub ilə olan müqaviləm davam edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest