Topaz Premyer Liqasında mövsümü çempion kimi başa vuran "Qarabağ" 3 futbolçusu ilə yollarını ayırıb. Matc.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə keçirilən XXVIII tur oyunundan (3:2) sonra deyib.

Qurbanov artıq 3 əcnəbi oyunçu ilə sağollaşdıqlarını söyləyib. Bunlar müdafiəçi Yakub Jezniçak, hücumçular Reynaldo Silva və İnnosent Emeqaradı.

çalışdırıcı hər üç oyunçuya yeni müqavilə təklif edilmədiyini vurğulayıb: "Emeqara ilə 1+1 sistemi ilə anlaşmışdıq. Yeni müqaviləyə gərək duymadıq. Həmçinin anlaşma müddəti başa çatan Jezniçak və Reynaldo ilə də dünən görüşərək sağollaşdıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest