"Arsenal"ın futbolçusu Henrik Mxitaryanın Bakıda keçiriləcək Avroliqa finalında iştirakı ilə bağlı müzakirələr davam edir. Matc.az saytının məlumatına görə, məsələyə Azərbaycan Gənclər və İdman Nazirliyindən də reaksiya gəlib.

Belə ki, saytımıza açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova erməni futbolçunun final oyunu zamanı təhlükəsizliyinin təmin olunmayacağı ilə bağlı söyləntilərin əsassız olduğunu bildirib: "Henrik Mxitaryana mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı təhlükəsizlik təminatının verilməməsi əsassızdır. Bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır".

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Arsenal" və "çelsi" komandaları qarşılaşacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest