"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.

O, instaqram hesabı vasitəsilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündüsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. "Barselona"nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında "İnter"ə keçəcəyi iddia edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest