Azərbaycan çempionu "Qarabağ" Premyer Liqadakı uğurlu seriyalarını davam etdirib. Qurban Qurbanovun yetirmələri sonuncu - XXVIII turun "Neftçi" ilə oyununda 3:2 hesabı ilə qalib gələrək məğlubiyyətsiz seriyasını 20-yə yüksəldib.

Azərbaycan çempionu "Qarabağ" Premyer Liqadakı uğurlu seriyalarını davam etdirib. Matc.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXVIII turun "Neftçi" ilə oyununda 3:2 hesabı ilə qalib gələrək məğlubiyyətsiz seriyasını 20-yə, ardıcıl qələbə sayını 8-ə yüksəldib.

IX turun ötən il oktyabrın 28-də keçirilən "Neftçi" ilə səfərdəki görüşündə 1:3 hesabı ilə uduzandan sonra "Qarabağ" ardıcıl 20 matçda xal qazanıb. Ağdamlıların son itkisi isə XX tura təsadüf edib. Martın 9-da "Zirə"ylə evdəki qolsuz heç-heçədən sonra Qurbanovun komandası qələbələri sıralayıb.

Bu, klubun tarixində finişdəki ən uzun qələbə seriyasıdı. Mövsümün gedişində daha uzun seriyalara malik "Qarabağ" heç vaxt mövsümü 8 və ya daha çox ardıcıl qələbə ilə başa vurmamışdı. Bunadək rekord 1992-ci ilin göstəricisi idi. Həmin vaxt ağdamlılar son 7 qarşılaşmadan qalib ayrılmışdı. 2005/06 mövsümündə isə finişdə 6 qələbə qeydə alınıb. ümumiyyətlə isə sonluqdakı qələbə sayında mütləq rekord "Turan"a məxsusdu. Tovuzlular 1993/94 mövsümünün son 14 oyununda qələbə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest