"Barselona" daha bir itki ilə üzləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Filipp Koutinyo sıradan çıxıb.

İspaniya La Liqasının XXXVII turunda "Xetafe" ilə görüşün (2:0) ikinci hissəsində zədələnən braziliyalı oyunu davam etdirə bilməmişdi. Tibbi müayinə zamanı "sambaçı"nın əzələsində dartılma aşkarlanıb. Həkimlər onun 10 gündən sonra sıraya dönə biləcəyini açıqlayıb. Koutinyonun İspaniya Kral Kubokunun finalında iştirakı sual altına düşüb.

Qeyd edək ki, "Barselona" ilə "Valensiya" arasında həlledici qarşılaşma mayın 25-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest