"Marsel"in hücumçusu Mario Balotelli növbəti dəfə gündəmə gəlməyi bacarıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya millisinin üzvü bu dəfə fransalı hakimləri hədəf seçib.

28 yaşlı forvard Liqa1-in XXXVI turunda "Lion"a məğlubiyyətdən (0:3) sonra referiləri tənqid edib. O, yenilgiyə görə, məhz hakimləri günahlandırıb: "Ən zəif hakimlər Fransadadı. Bunu siz də bilirsiniz. Fransız hakimlər qorxuncdu".

Qeyd edək ki, "Marsel" 36 turdan sonra 55 xalla 6-cı pillədə qərarlaşıb. Balotelli isə 14 oyunda 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest