"Brayton" baş məşqçisi Kris Hyutonu istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

61 yaşlı irlandiyalı mütəxəssis bu mövsüm komandasını Premye Liqada saxlamasına baxmayaraq, vəzifəsindən qovulub. Maraqlıdı ki, 2014-cü ildən "Brayton"u çalışdıran Hyuton tarixində ilk dəfə klubu Premyer Liqaya yüksəldib və indiyə qədər elitada saxlayıb.

Qeyd edək ki, "Brayton" bu mövsüm İngiltərə çempionatında 17-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest