"Səbail" klubunda geridə qalan 2018-19 mövsümünün ən yaxşısı ilə bağlı sorğu keçirilib. Matc.az saytı xəbər verir ki, nəticədə iki futbolçu mükafatlandırılıb.

Məsələ burasındadı ki, azarkeşlərin rəyinə əsasən, mövsümün oyunçusu qapıçı Aleksandr Rıbka seçilib.

Lakin məşqçilərin və futbolçular arasında aparılan sorğuda ən çox səsi hücumçu Ağabala Ramazanov toplayıb.

Kapitan Rahid Əmirquliyevin IV turda "Zirə"nin qapısından keçirdiyi top isə azarkeşlərin rəyinə əsasən, mövsümünün ən gözəl qolu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest