Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alıb. "Qarabağ"ın baş məşqçisinin mövqeyində dəyişiklik olub.

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alıb.

"Qarabağ"ın baş məşqçisinin mövqeyində dəyişiklik olub. Düzdü, 47 yaşlı mütəxəssisin aktivindəki 1073 xal dəyişməz olaraq qalıb. Lakin həmkarlarının irəliləyişi Qurbanovun 2 pillə geriləməsinə və 541-ci yerə enməsinə səbəb olub.

İlk "üçlük"də isə heç bir dəyişiklik olmayıb. "Barselona"nın baş məşqçisi Ernesto Valverde xal itirsə də, zirvədəki mövqeyini qoruyub. Onun aktivində 15883 xal var. "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo (12324) və "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola (12235) müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest